"Gəncə" FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzdu
- 21:30
- 52
"Gəncə" basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk ev oyununu keçirib.
Rekord.az xəbər verir ki, Yunanıstan təmsilçisi "Kolossos"u qəbul edən Martin Knejeviçin baş məşqçisi olduğu komanda 62:80 hesabı ilə uduzub.
Qarşılaşma Gəncə İdman Sarayında baş tutub.
Xatırladaq ki, "Gəncə" ilk oyunda səfərdə Türkiyə təmsilçisi "Esenler Erokspor"a məğlub olub - 63:92.