Azərbaycan millisi İslamiadada qızıl medal qazandı
- 22:10
- 33
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan 6-cı İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Rekord.az xəbər verir ki, yığma finalda Türkiyə seçməsinə 21:13 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb.
Azərbaycan yarımfinalda Misir yığmasından güclü olmuşdu - 22:15.
Yığma çempionluq titulunu qoruyub. Millimiz 2017 və 2022-ci illərdə də İslam Həmrəyliyi Oyunlarının qalibi olmuşdu və bu nəticə ilə üçüncü dəfə ardıcıl olaraq zirvəyə yüksəlib.