
Azərbaycan millisi Fransaya məğlub oldu
- 00:39
- 43
Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti matçına çıxıb.
Rekord.az xəbər verir ki, millimiz DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa yığması ilə üz-üzə gəlib.
D qrupunda qərarlaşmış millimiz 3-cü turun oyununa səfərdə çıxıb. “Park de Prens” stadionunda keçirilən oyunu Norveçdən olan hakimlər briqadası idarə edib.
Xatırladaq ki, millimiz bu seçmə mərhələnin ilk turunda İslandiyaya səfərdə 0:5 hesabıyla uduzub. Ukrayna yığması ilə ev oyununda isə 1:1 hesablı heç-heçə qeydə alınıb. Fransa yığması isə seçmə mərhələyə uğurlu başlayıb. Didye Deşamın rəhbərlik etdiyi kollektiv Ukrayna (2:0) və İslandiya (2:1) ilə oyunlardan qalib ayrılıb və hazırda 6 xalla vahid lider idi. Millimiz isə 1 xalla qrup sonuncusu idi.
Bu komandaların oyununda isə gözlənildiyi kimi, fransızlar böyük hesabla qalib ayrılıblar. Azərbaycan yığması bu görüşdə 3 cavabsız qola üzülüb.
DÇ-2026-nın seçmə mərhələsi
D qrupu
10 oktyabr
Fransa - Azərbaycan 3:0
Qollar: Kilian Mbappe, 45+2. Adrien Rabyo, 69. Florian Toven, 84.
Baş hakim: Rohit Saqqi (Norveç).
Paris. “Park de Prens” stadionu. Saat 22:45.
Fransa: 16. Mayk Menyan, 2. Malo Qusto, 4. Dayo Upamekano, 7. Kinqsli Koman, 9. Yuqo Ekitike, 10. Kilian Mbappe (k), 11. Maykl Olise, 14. Adrien Rabyo, 17. Vilyam Saliba, 19. Kefren Turam, 22. Teo Ernandes.
Ehtiyat oyunçular: 1. Bris Samba, 23. Lukas Şevalye, 3. Lyuka Din, 5. Jül Kunde, 6. Eduardo Kamavinqa, 8. Manu Kone, 12. Maqnes Akliuş, 13. Jan-Filipp Mateta, 15. İbrahima Konate, 18. Kristofer Nkunku, 20. Florian Toven, 21. Lukas Ernandes.
Baş məşqçi: Didye Deşam.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 11. Rüstəm Əhmədzadə, 14. Elvin Bədəlov, 15. Abdulla Xaybullayev, 17. Toral Bayramov, 21. Qismət Alıyev.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 2. Rahil Məmmədov, 6. Murad Xaçayev, 7. Anatoli Nuriyev, 9. Renat Dadaşov, 13. Abbas Hüseynov, 16. Rəhman Daşdəmirov, 18. Cəlal Hüseynov, 19. Nəriman Axundzadə, 20. Faiq Hacıyev, 22. Musa Qurbanlı.
Baş məşqçi: Ayxan Abbasov.