Azərbaycan millisi Estoniyanı quru hesabla məğlub etdi
- 19:41
- 35
Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Liqasında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, komandamız Bakıda Estoniya ilə üz-üzə gəlib.
GİN-in Voleybol Mərkəzində təşkil olunan görüş komandamızın üstünlüyü ilə keçib. Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız meydandan quru hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, millimizin növbəti oyunları 12-14 iyun tarixlərində İspaniyada baş tutacaq. Rəqiblərimiz isə meydan sahibi İspaniya və Şimali Makedoniya olacaq.
Avropa Liqası
Azərbaycan - Estoniya 3:0 (25:15, 25:14, 25:20)