Azərbaycan millisi Çexiyanı məğlub edərək yarımfinala yüksəldi
- 02:03
- 31
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
Rekord.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/4 finalda Çexiyanı məğlub edib.
"Tipos Arena"da keçirilən qarşılaşma 5:2 hesabı ilə bitib.
Komandamızın qollarını Eşqin Tağıyev (2), Təmkin Xəlilzadə, Ramiz Çovdarov və Məhəmməd Xəlilov vurublar.
Raundun digər matçlarında Macarıstan Bolqarıstanı (4:0), Ukrayna Gürcüstanı (4:0), Serbiya Rumıniyanı (6:4) məğlub edib.
Artıq yarımfinal cütləri də müəyyənləşib. Finala gedən yolda Macarıstan Ukraynaya, Azərbaycan millisi isə Serbiyaya rəqib olub. Yarımfinal matçları iyunun 3-də, final görüşü isə 4-də baş tutacaq.
Xatırladaq ki, daha əvvəl F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransaya (3:2) qalib gələn Azərbaycan millisi 1/8 finalda Qazaxıstanı üstələyib – 3:2.