Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb.


Rekord.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda Qazaxıstan seçməsi ilə üz-üzə gəlib.


"Tipos Arena"dakı qarşılaşma 3:2 hesabı ilə bitib. Komandamızın qollarına Rəvan Kərimov, İsa Atayev və Məhəmməd Xəlilov imza atıblar.


Günün digər görüşlərində Rumıniya Avstriyanı (7:0), Serbiya Yunanıstanı (4:2), Çexiya Monteneqronu (2:0) məğlub edib.


Xatırladaq ki, Azərbaycan millisi F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransaya (3:2) qalib gəlmişdi. Millimiz 1/4 finalda Çexiya yığması ilə qarşılaşacaq.