Azərbaycan kubokunda 2026/27 mövsümünün final oyununun keçiriləcəyi vaxt müəyyənləşib.


Rekord.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov danışıb.


O, Azərbaycan Premyer Liqasının yeni mövsümününün püşkatma mərasimi zamanı bildirib ki, kubokun həlledici oyunu 12 may tarixində olacaq.


Xatırladaq ki, yarışın son qalibi "Sabah"dır.