Azərbaycan Kubokunda 1/4 finala start verilir
- 14:00
- 34
Baskbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə bu gün start veriləcək.
Rekord.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Saat 16:00-da "Ordu" "Sumqayıt"la, 19:00-da isə "Sabah" "Quba" ilə üz-üzə gələcək. Hər iki görüş Bakı İdman Sarayında baş tutacaq.
Fevralın 19-da "Gəncə" - "Neftçi" və "Abşeron Lions" - "Şəki" oyunları təşkil olunacaq.
Xatırladaq ki, "Ordu" - "Sumqayıt" cütünün qalibi "Sabah" - "Quba" duelinin güclüsü ilə oynayacaq. "Gəncə" - "Neftçi" duelində sevinən tərəf isə "Abşeron Lions" - "Şəki" qarşılaşmasının qalibi ilə qarşılaşacaq.