Azərbaycan kamandan oxatanları iyulun 20-26-da İtaliyanın paytaxtı Romada keçiriləcək gənclər arasında Avropa çempionatında mübarizə aparacaqlar.


Bu barədə Rekord.az-a Azərbaycan Kamandan Oxatma Federasiyasından ​məlumat verilib.


Qitə birinciliyində Fatimə Hüseynli, Zəhra Carçılı, Nurlan Rəhimli və Sərdar Vəliyev çıxış edəcək. Onlar fərdi və qarışıq komanda növlərində 60 və 70 metr məsafələrdə mübarizə aparacaqlar.


​Komanda hazırda yarışa hazırlıq məqsədilə Şəki Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadıt. Avropa çempionatında milliyə məşqçilər Leyla Fazilova və Fuad Allahverdiyev rəhbərlik edəcək.