Azərbaycan Basketbol Liqasında bu gün daha üç oyun keçiriləcək
- 11:30
- 29
Azərbaycan Basketbol Liqasında bu gün daha üç oyun keçiriləcək.
Rekord.az xəbər verir ki, ilk olaraq 9-cu turdan təxirə salınmış matç baş tutacaq.
Son ölkə çempionu "Sabah" "Gəncə"ni qəbul edəcək. Qarşılaşma Bakı İdman Sarayında, saat 17:00-da start götürəcək.
Saat 20:00-da 11-ci turun "Sərhədçi" - "Quba" və "Abşeron Lions" - "Şəki" görüşləri baş tutacaq. Qarşılaşmalar müvafiq olaraq "Sərhədçi" İdman Mərkəzi və Bakı İdman Sarayında təşkil olunacaq.
11-ci turun NTD - "Gəncə" və "Sabah" - "Neftçi" oyunları qeyri-müəyyən müddətə təxirə salınıb. Turun əvvəlki matçlarında "Ordu" "Naxçıvan"ı (86:64), "Sumqayıt" "Lənkəran"ı (99:95) məğlub edib.