Azərbaycan Basketbol Liqasında 5-ci turun son oyunları bu gün baş tutacaq.


Rekord.az xəbər verir ki, turun son günündə daha iki qarşılaşma keçiriləcək.


Günün ilk matçında "Gəncə" və NTD komandaları saat 14:00-da Gəncə İdman Sarayında üz-üzə gələcək.


Eyni saatda Bakı İdman Sarayında "Sumqayıt" və "Sabah" komandaları qarşılaşacaq.


Xatırladaq ki, turun əvvəlki görüşlərində "Ordu" "Naxçıvan"a "84:76, "Neftçi" isə "LANDAU Lions"a 86:84 hesabı ilə qalib gəlib.


Turnir cədvəlində 5 xalı olan "Sabah" beşinci, eyni xala malik "Sumqayıt" altıncı pillədə qərarlaşıb. Hərəyə 4 xalı olan "Gəncə" və NTD isə müvafiq olaraq yeddinci və səkkizinci yerləri tuturlar.