Azərbaycan Basketbol Liqasında 13-cü tura start veriləcək
- 13:40
- 32
Azərbaycan Basketbol Liqasında bu gün 13-cü tura start veriləcək.
Rekord.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
B qrupunda yer alan "Naxçıvan" "Lənkəran"ın qonağı olacaq. Qarşılaşma Lənkəran Olimpiya İdman Kompleksində, saat 15:00-da stat götürəcək.
Qonaqlar 21 xalla ikinci, meydan sahibləri 16 xalla beşinci pillədə qərarlaşıb.
Tura yanvarın 18-də yekun vurulacaq.