AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda Premyer Liqanın 8-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:


“Şamaxı” – “Kəpəz” oyununun 44-cü dəqiqəsində “Şamaxı” komandasının 19 nömrəli futbolçusu Abdullahi Şuaybu təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Şamaxı” komandası 3000 manat cərimə edilib.


“Şamaxı” – “Kəpəz” oyununda “Şamaxı” komandasının geyim formasında uyğunsuzluğun aradan qaldırılması səbəbindən matç gec başladığı üçün “Şamaxı” komandası 1500 manat cərimə edilib.


“Şamaxı” – “Kəpəz” oyununda “Kəpəz” komandasının geyim formasında uyğunsuzluğun aradan qaldırılması səbəbindən matç gec başladığı üçün “Kəpəz” komandası 1500 manat cərimə edilib.


“Şamaxı” – “Kəpəz” oyununda “Kəpəz” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilib.


“İmişli” – “Qəbələ” oyununda “Qəbələ” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Qəbələ” komandası 700 manat cərimə edilib.


“Sumqayıt” – “Karvan-Yevlax” oyunu “Karvan-Yevlax” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığı üçün “Karvan-Yevlax” komandası 3000 manat cərimə edilib.


“Neftçi” – “Araz-Naxçıvan” oyununda “Neftçi” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilib.


“Neftçi” – “Araz-Naxçıvan” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Neftçi” komandası 6000 manat cərimə edilib.


“Neftçi” – “Araz-Naxçıvan” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına irqi ayrı-seçkilik ehtiva edən ifadələr səsləndirildiyinə görə “Neftçi” komandası 3000 manat cərimə edilib.