
“Azarkeşlər bizdən tam fərqli “Kəpəz” gözləyirlər” - Adil Şükürov
- 17 Avq 2025 23:34
- 40
"Kəpəz"in baş məşqçisi Adil Şükürov bu gün Premyer Liqanın 1-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları matçla bağlı bunları söyləyib:
“İlk oyunumuzda qələbə qazanmaq, Gəncəyə 3 xalla dönmək istəyirdik. Çox təəssüf ki, əlimizə düşən imkanlardan istifadə edə bilmədik və futbolun yazılmamış qanunu özünü göstərdi. 2-ci qoldan sonra futbolçular ruhdan düşdülər və məğlub olduq. Heyət olaraq təzə yığılmışıq və tam formalaşmamışıq. Çatışmazlıqlarımız var və bundan sonra da işləməliyik. Elə etməliyik ki, gələcəkdə bu cür oyunlardan xallar qazana bilək. Qısa bir müddətdə çatışmazlıqları aradan qaldıracağıq. Azarkeşlər bizdən tam fərqli komanda gözləyirlər. Onlar bu komandanı görəcəklər”.