Azarkeşə qarşı qeyri-etik hərəkətinə görə 4 oyunluq cəzalandı
- 17:00
- 30
İngiltərənin "Börnli" klubunun yarımmüdafiəçisi Hannibal Mejbri rəqib azarkeşə qarşı qeyri-etik hərəkətinə görə 4 oyunluq diskvalifikasiya edilib.
Rekord.az xarici KİV-ə istinadən xəbər verir ki, bu Premyer Liqanın 8-ci turunda "Lids"lə oyunda reallaşıb.
"Börnli"nin 2:0 hesablı qələbə qazandığı matçdan sonra qonaq azarkeşlərdən biri futbolçunun ona tüpürdüyünü bildirib. İngiltərə Futbol Assosiasiyası araşdırmalara başladıqdan sonra 22 yaşlı tunisli oyunçu günahını etiraf edib.
O, 4 oyunluq cəza ilə yanaşı, 15 min funt-sterlinq cərimələnib.
Mejbri 2025/2026 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 14 matçda bir məhsuldar ötürmə ilə yadda qalıb. "Börnli" Premyer Liqanın turnir cədvəlində 10 xalla 19-cu yerdə qərarlaşıb.