Ayxan Abbasov "Neftçi"ni izləmək üçün əsas köməkiçisini göndərib
- 17:00
- 61
"Neftçi" hazırda Sloveniyada təlim-məşq toplanışını davam etdirir.
Rekord.az xəbər verir ki, paytaxt klubunun toplanışını və yoldaşlıq görüşlərini izləmək üçün millinin məşqçisi Elnur Çodarov da bu ölkəyə yollanıb.
O, "Neftçi"nin milli üzvlərini və milliyə namizəd yerli futbolçularının hazırlığını izləyib baş məşqçi Ayxan Abbasova raport təqdim edəcək.
Qeyd edək ki, Çodarov Abbasovun əsas köməkçisi sayılır və uzun illərdi ki, bir yerdə fəaliyyət göstərirlər.