Millinin baş məşqçisi Ayxan Abbasov "Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi Maksim Medvedevə zəng edib.

Rekord.az-a daxil olan məlumata görə, Abbasov Elvin Cəfəruliyevlə bağlı onunla söhbət edib.

Millinin baş məşqçisi bildirib ki, Cəfərquliyevə görə narahatdı və onun oyun praktikasından  əziyyət çəkməsini istəmir. Hətta Medvedevdən xahiş edib ki, Elvini əvəzedicilərin çempionatında mütəmaddi oynatsın. 

Qeyd edək ki, iyun ayının əvvəlində millinin Avstriyada toplanışı olacaq. Belə bir vacib toplanış öncəsi Cəfərquliyevin düşdüyü durum təbii ki. millinin baş məşqçisi kimi Ayxan Abbasovu narahat etməyə bilməz.