Rusiyanın “Spartak” klubundan ayrılan Ayaz Quliyevin yeni komandası müəyyənləşib.

Rekord.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi bundan sonrakı karyerasını “Arsenal”da davam etdirəcək.

Bu barədə Tula təmsilçisinin rəsmi saytı məlumat yayıb. Ayaz yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, "Spartak"ın yetirməsi olan Quliyev bu komanda ilə yanaşı, “Anji” və “Rostov”un da formasını geyinib.