“Ayaks” Bakıya gəldi - VİDEO
- 21:30
- 25
UEFA Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turunda Azərbaycan çempionu “Qarabağ”la qarşılaşacaq “Ayaks” komandası Bakıya gəlib.
Rekord.az xəbər verir ki, Niderland klubunun gəlişi barədə məlumat “Ayaks”ın rəsmi sosial şəbəkə hesablarında paylaşılıb.
Xatırladaq ki, "Qarabağ" - "Ayaks" oyunu dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.
Sözügedən görüntüləri təqdim edirik: