Bu gün UEFA Avropa Liqasında final matçı keçiriləcək.


Rekord.az xəbər verir ki, həlledici görüşdə "Frayburq" "Aston Villa" ilə üz-üzə gələcək.


Qarşılaşma İstanbuldakı "Beşiktaş Park" stadionunda baş tutacaq.


Qeyd edək ki, UEFA Avropa Liqasının son qalibi İngiltərənin "Tottenhem" klubu olub.


Avropa Liqası

20 may

Final


23:00. "Frayburq" (Almaniya) - "Aston Villa" (İngiltərə)

Baş hakim: Fransua Leteksye (Fransa).