Avropa çempionatı start götürür
- 14:00
- 35
Slovakiyanın paytaxtı Bratislavada minifutbol üzrə Avropa çempionatı bu gün start götürəcək.
Rekord.az xəbər verir ki, yarışın ilk günündə 9 qarşılaşma baş tutacaq.
C qrupunda yer alan Türkiyə seçməsi Serbiya ilə münasibətlərə aydınlıq gətirəcək.
Azərbaycan millisi ilk oyununu mayın 28-də Avstriya komandasına qarşı keçirəcək. "Tipos Arena"dakı matç Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.
Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupunda İtaliya və Fransa ilə də münasibətlərə aydınlıq gətirəcək.