Bu gün futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb. Sport24.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Neftçi” 3-cü mərhələdə Finlandiyanın HJK komandasını keçsə, pley-offda “Fənərbaxça” (Türkiyə) ilə qarşılaşacaq.

Türkiyənin digər təmsilçisi “Qalatasaray”ın pley-offdakı potensial rəqibi isə Danimarka “Randers”i olub.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin oyunları avqustun 19-da və 26-da keçiriləcək.

Avropa Liqası
Pley-off mərhələsi

Randers (Danimarka) – Qalatasaray (Türkiyə)/Sent-Conston (Şotlandiya) cütünün qalibi

Rapid (Avstriya)/Anartosis (Kipr) cütünün qalibi – Zarya (Ukrayna)

Yablonets (Çexiya)/Seltik (Şotlandiya) cütünün qalibi – Alkmaar (Niderland)

Fənərbaxça (Türkiyə) – Neftçi (Azərbaycan)/HJK (Finlandiya) cütünün qalibi

Mura (Sloveniya)/Jalgiris (Vilnüs, Litva) cütünün qalibi – Şturm (Avstriya)

Omoniya (Kipr)/Flora (Estoniya) cütünün qalibi – Antverpen (Belçika)

Olimpiakos (Yunanıstan)/Ludoqorets (Bolqarıstan) cütünün məğlubu – Linkoln (Cəbəllütariq)/Slovan (Slovakiya) cütünün qalibi

Malmö (İsveç)/Reyncers (Şotlandiya) cütünün məğlubu – Kayrat (Qazaxıstan)/Alaşkert (Ermənistan) cütünün qalibi

Ferentsvaroş (Macarıstan)/Slaviya (Çexiya) cütünün məğlubu – Dinamo (Zaqreb, Xorvatiya)/Legiya (Varşava, Polşa) cütünün məğlubu

Srvena Zvezda (Serbiya)/Şerif (Moldova) cütünün məğlubu – ÇFR (Rumıniya)/Yanq Boyz (İsveçrə) cütünün məğlubu