Bakıda keçirilən qadın voleybolçuların Avropa çempionatında (C qrupu) növbəti günün ilk oyunu baş tutub. "Rekord.az" xəbər verir ki, Milli Gimnastika Arenasında Portuqaliya və Belçika komandaları üz-üzə gəliblər.

Belçikalı voleybolçular ilk setdən üstünlüyü ələ alıblar və meydandan quru hesablı qələbə ilə ayrılıblar.

Günün növbəti qarşılaşmasında Azərbaycan və İspaniya yığmaları üz-üzə gələcəklər.

Avropa çempionatı 

C qrupu 

23 avqust 

   Portuqaliya - Belçika 0:3 (16:25, 22:25, 11:25)