Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, Bakının ev sahibliyi etdiyi C qrupunda komandamız İspaniya ilə qarşılaşıb.

Milli Gimnastika Arenasında təşkil olunan matça millimiz daha yaxşı başlayıb və ilk setdə qələbə qazanıb. Üstünlüyünü sonadək qoruyan Faiq Qarayevin yetirmələri növbəti hissələrdə də qalib olublar. Beləliklə, rəqibi quru hesabla məğlub edən komandamız növbəti üç xalını qazanib. Hesabında 6 xal olan yığmamız C qrupuna liderlik edir.

Avropa çempionatı 

23 avqust 

C qrupu 

   İspaniya - Azərbaycan 0:3 (16:25, 22:25, 15:25)