Azərbaycanın voleybol üzrə yeniyetmə və gənc qızlardan ibarət yığma komandalarının baş məşqçisi Şahin Çatma ilə yollar ayrılıb. "Rekord.az" xəbər verir ki, türkiyəli mütəxəssisin müqaviləsi başa çatıb.

Azərbaycan Voleybol Federasiyası müqaviləni yeniləmədiyindən Çatmanın da ölkəsinə geri dönür. Bu gün keçirilən U-18 Azərbaycan birinciliyinin bağlanış mərasimində mütəxəssisə uşaq voleybolunun inkişafındakı xidmətlərinə görə AVF-nin təşəkkürnaməsi təqdim edilib və onunla yollar rəsmi şəkildə ayrılıb. 

Qeyd edək ki, Şahin Çatma bir müddət əvvəl mətbuata müsahibəsində yerli məşqçiləri tənbəl adlandırmışdı. Bu isə yerli məşqçilər, voleybolçular və voleybol ictimaiyyəti tərəfindən narazılıqla qarşılanmışdı.