İspaniyanın "Atletiko" klubu itki ilə üzləşib.


Rekord.az xəbər verir ki, müdafiəçi Nahuel Molina sıradan çıxıb.


Bud əzələsi alan 28 yaşlı futbolçu təxminən bir aya yaxın oynamayacaq. Argentina millisinin üzvü mövsümün qalan oyunlarında komandasına kömək edə bilməyəcək.


Təcrübəli sağ cinah müdafiəçisinin iyun ayında başlayacaq dünya çempionatına kimi bərpa olacağı gözlənilir.


Molina bu mövsüm "Atletiko"nun heyətində bütün turnirlərdə keçirdiyi 46 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.