“Atletiko”nun hücumçusu sıradan çıxdı
- 2021-04-13 16:00
- 17932
İspaniyanın “Atletiko” klubu ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Joao Feliks sıradan çıxıb.
Bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb. La Liqanın 30-cu turunun “Betis”lə səfər matçında (1:1) zədələnən Feliks, azı iki həftə yaşıl meydanlardan uzaq qalacaq.
“Atletiko” La Liqada 67 xalla liderdir.