"Qarabağ" "Atletik" (Bilbao, İspaniya) komandasına qarşı layiqli mübarizə aparmağa çalışacaq.


Rekord.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Kevin Medina mətbuat konfransında deyib.


Müdafiəçi səfərdə İspaniya təmsilçisi "Atletik"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:


"İstəyirik ki, rəqibə qarşı layiqli mübarizə aparaq. Tək Uilyams qardaşlarına qarşı deyil, ümumilikdə "Atletik" komandasına qarşı oynayacağıq. Niko və İnyaki dəyərli futbolçulardır. Ötən mövsüm yaxşı formada olmamışdım. Buna görə cari mövsüm matçlara yaxşı motivasiya ola bilirəm".


"Atletik" - "Qarabağ" matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.