İspaniyanın "Sevilya" klubunun futbolçusu Sesar Aspilikueta karyerasını bitirir.


Rekord.az xəbər verir ki. 36 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında bildirib.


İspaniyalı oyunçu mövsümün sonunda karyerasını başa vuracaq.


Xatırladaq ki, Sesar Aspilikueta İngiltərənin "Çelsi" klubundakı çıxışına görə tanınıb. O, London komandası ilə iki dəfə Premyer Liqanın, bir dəfə UEFA Çempionlar Liqasının qalibi olub.