Asiyada ilin futbolçusu müəyyənləşib.


Rekord.az xəbər verir ki, PSJ-nin futbolçusu Li Kan İn bu mükafata layiq görülüb.


Bu barədə Asiya Futbol Konfederasiyası rəsmi saytında məlumat yayıb.


Cənubi Koreya millisinin üzvü ötən mövsüm bütün turnirlərdə 49 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib. O, Paris klubu ilə Çempionlar Liqası, Fransa Liqası, Fransa Kuboku və Fransa Superkubokunun qalibi olub.


Li Kan İn “Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Park Ci Sundan sonra Çempionlar Liqasını qazanan ikinci koreyalı oyunçudur.