Asim Xudiyevə UEFA-dan təyinat
- 15:00
- 23
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Rekord.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 22-də keçiriləcək “Jelezniçar” (Pançevo, Serbiya) - “Braqa” (Portuqaliya) oyununun hakim-inspektoru olacaq.
Qarşılaşma Pançevo şəhərində yerləşən “Mladost” stadionunda baş tutacaq.