“Artıq futbolçular da utanırlar” - Sənan Qurbanov
- 22:40
- 27
“Neftçi” bu gün Misli Premyer Liqasının 14-cü turunda “Sabah”ın qonağı olub.
Rekord.az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da baş tutan matçdan sonra “ağ-qaralar”ın məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib.
Qurbanov 0:2 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:
“Əlimizdən gələni etməyə çalışdıq ki, bəlkə, komanda toparlanar, nəticələr düzələr. Amma görünən odur ki, azarkeşlərimizi üzürük. Bu üç oyunda ən zəif oyunumuzu keçirdik. İki hücumçu ilə çıxmışdıq, amma istədiyimiz kimi olmadı.
Yaydan bəri toplanışlar olub. “Zirə” ilə 120 dəqiqə oyunumuz, çətin Tovuz səfəri, ola bilər ki, müəyyən yorğunluq olar.
Azarkeşlərə üzrxahlıq etmək olardı. Sadəcə olaraq, futbolçular da utanırlar artıq. İnanıram ki, bundan sonra “Neftçi üçün xeyirlisi olar, yeni baş məşqçi gələr və nəticələr düzələr”.