İngiltərənin “Arsenal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, London təmsilçisi Fransanın “Dijon” klubunun qapıçısı Runar Aleks Runarssonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İsland qolkiperlə 4 illik müqavilə imzalanıb. 25 yaşlı futbolçu yeni klubunda “13” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Runarsson ötən mövsüm Fransa klubunun heyətində 13 matçda meydana çıxıb. O, 2018-ci ildən “Dijon”un formasını geyinirdi. İslandiya yığmasının da üzvü olan futbolçu, daha öncə “Nordsyelland” və “Reykyavik” klublarının uğurları üçün çalışıb.