“Arsenal”da iki ciddi itki
- 16:00
- 22
"Arsenal" klubunun iki futbolçusu Premyer Liqanın XIV turunda "Brentford"a qarşı keçirdikləri oyunda zədələnib.
Rekord.az xəbər verir ki, Deklan Rays və Kristian Moskera sonadək meydanda ola bilməyiblər.
Moskera ilk hissədə, Rays isə qarşılaşmanın sonlarında sıradan çıxıb.
London təmsilçisinin baş məşqçisi Mikel Arteta hələlik oyunçuların durumunu bilmədiklərini və tibbi müayinələri gözləyəcəklərini söyləyib.
Qeyd edək ki, "Arsenal" 33 xalla Premyer Liqanın lideridir.