Argentina İngiltərəyə qalib gələrək finala çıxdı!
- 01:10
- 20
Futbol üzrə dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, bu gün yarımfinala yekun vurulub.
Sonuncu yarımfinal görüşündə Argentina və İngiltərə yığmaları qarşılaşıb. Atlanta stadionunda keçirilən matçda Cənubi Amerika təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.
Matçda hesabı avropalılar açıblar. 55-ci dəqiqədə Entoni Qordon ingilis azarkeşləri ayağa qaldırıb. Bununla belə, geri dönüş etməyi bacaran "tanqoçular" arıdıcıl iki qol vurmağa müvəffəq olublar. 85-ci dəqiqədə Enzo Fernandes, 90+2-ci dəqiqədə isə Lautaro Martines fərqləniblər.
Argentinanın finaldakı rəqibi İspaniya seçməsi olacaq. İngiltərə isə üçüncü yer uğrunda matçda Fransa ilə üz-üzə gələcək.