Cari mövsüm Premyer Liqada yerini qoruyan "Araz Naxçıvan"ın növbəti mövsümlə bağlı planları məlum olub.

Rekord.az-a daxil olan məlumata görə, Naxçıvan təmsilçisi yenə də legionerlərə üstünlük verəcək.

Bu dəfə daha güclü legionerlərin gətirilməsi nəzərdə tutulub. Rəhbərlik gələn mövsüm Elmar Baxşıyevin qarşısına avrokuboklara vəsiqə məqsədi qoyacaq.