"Araz Naxçıvan"ın israilli yeni transferi Bar Kohen nəhayət ki, klubun düşərgəsindədir.

Rekord.az xəbər verir ki, İran-İsrail müharibəsi səbəbindən İsraildə uçuşlara məhdudiyyətlər qoyulduğu üçün Kohenin gəlişi də yubanırdı.

Nəhayət, dünən Bakıya gələn futbolçu tibbi baxışdan keçib və komandanın məşqlərinə qoşulub.

Qeyd edək ki, futbolçu ölkəmizə tək gəlib, ailəsini gətirməyib.