"Araz-Naxçıvan"ın hücumçusu Felipe Santos Misli Premyer Liqasında 100-cü oyununu keçirib.


Rekord.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, braziliyalı futbolçunun yubileyi XIII tura təsadüf edib.


O, "Qəbələ" ilə səfər matçına (1:2) start heyətində çıxıb. Felipe 100 qarşılaşmada 21 qol vurub.


Cənubi amerikalı Premyer Liqada üç klubda çıxış edib. O, "Şamaxı"da 21 (6 qol), "Qəbələ"də 35 (3 qol), "Araz-Naxçıvan"da 44 (12 qol) matç keçirib.


Qeyd edək ki, Premyer Liqada debütü 2021/22 mövsümünə təsadüf edən Santos çempionatda 100 və daha çox oyun keçirən 448-ci futbolçudur.