“Araz-Naxçıvan”dan Tərlan Əhmədli ilə yeni müqavilə
- 16:15
- 30
"Araz-Naxçıvan" müqavilə müddəti başa çatan qapıçı Tərlan Əhmədli ilə yenidən anlaşıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübəli qolkiper növbəti mövsümdə də komandanın uğurları üçün çalışacaq.
Müqavilənin müddəti 1 illikdir.
Qeyd edək ki, Tərlan Əhmədli 2024-cü ilin yayından "Araz-Naxçıvan" klubunun heyətində yer alır.