
“Araz-Naxçıvan”dan növbəti qələbə
- 23 Okt 2025 20:20
- 47
Futzal üzrə Yüksək Liqada 6-cı turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, günün ilk matçında "Şuşa" U-19 kollektivini 7:5 hesabı ilə üstələyib.
Ardınca "Araz-Naxçıvan" "Baku Fire" komandasına 7:2 hesabı ilə qalib gəlib.
Günün son görüşündə isə "Neftçi" İK - "Lənkəran"dan güclü olub - 10:2.
Xal: "Neftçi" İK – 16, "Araz-Naxçıvan" – 13, "Baku Fire" – 11, "Şuşa" – 9, U-19 – 3, Lənkəran – 0.