“Səbail” 2025/26-cı il mövsümü üçün növbəti futbolçunu heyətinə qatıb.


Rekord.az xəbər verir ki, 1-ci Liqa təmsilçisi Tuqay Əlizadə ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


23 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.


Tuqay Əlizadə son mövsümü “Araz-Naxçıvan”ın heyətində keçirib.