Futzal üzrə Yüksək Liqada 10-cu turun oyunları keçirilib.


Rekord.az xəbər verir ki, günün ilk matçında U-19 "Lənkəran" kollektivini 8:5 hesabı ilə üstələyib.


Ardınca turun mərkəzi görüşündə ölkə çempionu "Araz-Naxçıvan" "Neftçi" İK komandasına 5:4 hesabı ilə qalib gəlib.


Günün son qarşılaşmasında "Baku Fire" "Şuşa"dan güclü olub - 6:2.


Xal durumu: "Neftçi" İK – 25, "Araz-Naxçıvan" – 22, "Baku Fire" – 20, "Şuşa" – 12, U-19 – 6, Lənkəran – 0.