“Araz-Naxçıvan” Əfran İsmayılovla yolları ayırdı
- 14:15
- 34
"Araz-Naxçıvan" klubu məşqçisi Əfran İsmayılovla yolları ayırıb.
Rekord.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis rəhbərliklə görüşərək klubdan ayrılmaq istədiyini bildirib.
Rəhbərlik onun müraciətini müsbət cavablandırıb. Ə.İsmayılov son 3 mövsümdə Naxçıvan klubunun məşqçilər korpusunda yer alıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasının 2025/2026 mövsümünü 46 xalla 6-cı pillədə bitirib.