“Aqressivlik hakim qərarlarından qaynaqlanırdı” - Berdıyev
- 20:20
- 26
"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 32-ci turunda "Şamaxı"ya məğlub olduqları matç (2:3) haqda danışıb.
Rekord.az xəbər verir ki, baş məşqçi ikinci hissədəki geri dönüşə baxmayaraq buraxılan həlledici qola görə təəssüfləndiyini bildirib:
"Birinci hissədə pis oynadıq. Hakim barədə isə ümumiyyətlə danışmaq istəmirəm. Fasilədən sonra daha aqressiv çıxış edərək hesabı bərabərləşdirməyi bacardıq. Amma təəssüflər olsun ki, yekunda üçüncü qolu buraxdıq. İkinci hissəyə görə uşaqlara təşəkkür edirəm. 3-cü qolu buraxmasaydıq, qələbə qazana bilərdik. Rəqib futbolçular da aqressiv idilər. Bəzən ikinci topların götürülməsində gecikirdik. Fasilədən sonra çatışmazlıqları aradan qaldıra bildik. Mənə elə gəlir ki, oyundakı aqressivlik hakimlikdən qaynaqlanırdı.
Transferlərə gəlincə, axtarışlar davam edir. Amma yekun nəticə yoxdur. Hər şey tapacağımız keyfiyyətli oyunçu sayından asılı olacaq”.