
Amputant futbolu üzrə Millətlər Liqasının oyunları Bakıda keçiriləcək
- 08 Okt 2025 17:20
- 41
Amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun oyunları Bakıda keçiriləcək.
Rekord.az xəbər verir ki, matçlar oktyabrın 17-19-u aralığında təşkil olunacaq.
Qarşılaşmalar "ASCO Arena"da gerçəkləşəcək.
Bu turnirin Azərbaycanda keçirilməsi ölkəmizdə mina probleminin dünyaya çatdırılması, minadan zəərçəkənlərin beynəlxalq idman platformalarında bir araya gəlməsi baxımından əhəmiyyətlidir.