Almanlar yenilənmiş "Kamp Nou"ya zərər vurublar
- 14:45
- 29
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda İspaniyada "Barselona"nın qonağı olan "Ayntraxt" (Frankfurt, Almaniya) klubunun azarkeşləri oyunun keçirildiyi "Kamp Nou" stadionuna zərər vurublar.
Rekord.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, qonaq tərəfdarlar yeni təmirdən çıxan stadionun oturacaqlarının dərisini cırmaqla yanaşı, 7 məşəl yandıraraq meydana tərəf atıblar.
Bundan başqa, onlar tualetlərin arakəsmə divarlarını dağıdıblar.
Xoşagəlməz hadisəyə görə bir çox yerli azarkeş yerlərini erkən tərk etmək məcburiyyətində qalıb. Polis asayişi pozan şəxsləri dərhal stadiondan uzaqlaşdırıb.
"Barselona" UEFA-ya dəymiş ziyanı ətraflı şəkildə əks etdirən hesabat təqdim edib. İspaniya klubu təzminat tələb etmək niyyətindədir.
Qeyd edək ki, sözügedən matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.