Alleqrinin “Milan”la 100-cü qələbəsi
- 16:23
- 25
"Milan"ın baş məşqçisi Massimiliano Alleqri İtaliya təmsilçisində 100-cü qələbəsini qazanıb.
Rekord.az xəbər verir ki, bu, XII turda "İnter" (1:0) üzərində qələbə sayəsində reallaşıb.
58 yaşlı mütəxəssis "Milan"da bütün turnirlərdə ən azı 100 oyunda qələbə qazanan 7-ci məşqçi olub.
Daha əvvəl bu həddə Karlo Ançelotti, Nereo Rokko, Fabio Kapello, Stefano Pioli, Nils Liedholm və Arriqo Sakki çatmışdı.
Alleqri bu ilin mayından "Milan"a rəhbərlik etməyə başlayıb. O, daha əvvəl - 2010-2014-cü illərdə də bu klubda çalışıb.