Alleqri “Milan”dan ayrıldı
- 22:30
- 33
"Milan"ın baş məşqçisi Massimiliano Alleqri vəzifəsindən ayrılıb.
Rekord.az xəbər verir ki, bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssisin istefasına "Milan"ın 2025/2026 mövsümündə göstərdiyi zəif nəticələr səbəb olub.
Belə ki, komanda ölkə çempionatında beşinci yeri tutub və Çempionlar Liqasına vəsiqə qazana bilməyib.
58 yaşlı Alleqri 2025-ci ilin may ayında "Milan"ın baş məşqçisi vəzifəsinə təyin olunub.