Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
- 15:00
- 45
Futbol üzrə Albaniya çempionatında 8-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, tur azərbaycanlı futbolçuların – Vüsal İsgəndərli ilə Zamiq Əliyevin komandalarının görüşü ilə əlamətdar olub.
Vüsalın komandası “Partizani” Zamiqli “Eqnatiya”nı doğma meydanda qəbul edib. Görüş qolsuz yekunlaşıb. Hər iki azərbaycanlı futbolçu bu matçda 90 dəqiqə meydanda olub. Vüsal 71-ci dəqiqədə sarı vərəqə də alıb.
8 turdan sonra “Eqnatiya” 15 xalla 2-ci, “Partizani” 8 xalla 7-cidir.