
Ağstafada futbol üzrə ustad dərsləri
- 23 Okt 2025 21:00
- 49
Ağstafa rayonunun Vurğun qəsəbə və Həsənsu kənd tam orta məktəblərində futbol üzrə ustad dərsləri təşkil olunub.
Rekord.az xəbər verir ki, tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Elgün İsmayılov, Ağstafa rayonu üzrə gənclər və idman sektorunun müdiri Turan Hüseynov və Ağstafa rayonu uşaq-gənclər idman-şahmat məktəbinin direktoru Elşən Yüsifov gənclər arasında idmana marağın artırılmasının və istedadlı futbolçuların üzə çıxarılmasının vacibliyini vurğulayıblar.
Daha sonra I kateqoriyalı məşqçi Mahir Mustafayev və idman ustası Namiq Kərimovun rəhbərliyi ilə praktiki məşğələlər keçirilib.
Tədbir iştirakçıların böyük marağına səbəb olub.